Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Times": Tramp mürəkkəbliyinə görə Ukrayna danışıqlarını tərk etməyi düşünür

    15 hours ago

    ABŞ prezidenti Donald Tramp Ukraynadakı sülh danışıqlarının mürəkkəbliyinə görə ondan çıxmağı düşünür. Hit.az xəbər verir ki, bu barədə “The Times” yazır. Nəşrin yazdığına görə, siyasətçi münaqişə zonasında hərbi əməliyyatları dayandırmağın təbii ehtiyatlar üzrə sövdələşməsindən daha çətin olduğunu aşkar edib. Onun və komandasının nizamlanma ilə bağlı irəli sürdüyü təkliflər fonunda Kiyevdə bəziləri Trampın danışıqlarda iştirakdan imtinasının o qədər də pis variant olmaya biləcəyini düşünməyə başlayıb. Qəzet qeyd edir ki, "Tramp danışıqlardan çəkilsə, silah tədarükünü davam etdirəcəkmi" - ABŞ dövlət katibi Marko Rubionun dəfələrlə dediyi bir sualdır. Dövlət Departamentinin sözçüsü Tammİ Brüs aprelin 19-da bildirib ki, Aİ liderləri ABŞ-ın Ukraynadakı münaqişəyə son qoymaq üçün sonsuz "danışıqlar naminə danışıqlara" girməyəcəyini başa düşməlidirlər. Rubio və Tramp artıq bir gün əvvəl ABŞ-ın səbrinin tükəndiyi barədə danışmışdılar. Əgər tezliklə atəşkəsə nail olmaq mümkün olmasa, Vaşinqton davam edəcək və diqqətini digər xarici siyasət məsələlərinə yönəldəcək. Samir
    Click here to Read more
    Prev Article
    “Zirvə Qrup” şirkətinin 132 min manat vergi borcu var
    Next Article
    TAV 2,5 milyard avro maliyyə təmin edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment