Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Torpaq müqabilində sülh planı: "Trampın Ukraynaya kapitulyasiya təklif edir"

    1 week ago

    "ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı təqdim etdiyi sülh planı sülh deyil, əslində kapitulyasiyadır".  HİT.az xəbər verir ki, bunu "The Telegraph" qəzetində politoloq, "New Lines" Strateji və Siyasət İnstitutunun keçmiş baş məsləhətçisi Ceyms Snell yazıb. O qeyd edib ki, Trampın planı Ukraynaya qarşı real təhlükələr vəd edir. Snell yazır ki, Ukrayna cəmiyyəti ABŞ tərəfindən təklif olunan bu "sülh sazişini" faktiki olaraq təslimiyyət sənədi kimi qəbul edir. Plana əsasən: * Rusiya tərəfindən hazırda işğal olunan ərazilərin böyük hissəsi Ukrayna tərəfindən itirilmiş kimi tanınacaq (yalnız iki kiçik sahə istisna olmaqla); * Ukrayna NATO-ya üzvlükdən imtina etməlidir; * ABŞ Krımın Rusiya tərəfindən ilhaqını rəsmi olaraq tanıyacaq; * Kiyevə gələcək təhlükələrin qarşısını almaq üçün zəruri olan heç bir təhlükəsizlik zəmanəti verilməyəcək. Snellin sözlərinə görə, Tramp düşünür ki, torpaqdan imtina müqabilində sülh əldə etmək mümkündür. Beynəlxalq münasibətlər nəzəriyyəsində bu yanaşma müzakirə mövzusu olsa da, bu kimi planın mövcud administrasiya tərəfindən həyata keçirilməsi mümkün deyil və zərərli nəticələrə yol açar. Trampın administrasiyası Ukraynanın müdafiə imkanlarını məhdud sayır və onun danışıqlarda “əlinin güclü olmadığını” əsas gətirərək bu ölkənin güzəştə məcbur edilə biləcəyini düşünür. Samir
    Click here to Read more
    Prev Article
    Azərbaycan Prezidenti Çin Dövlət Şurasının baş naziri ilə görüşüb
    Next Article
    İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi - FOTO

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment