Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Trabzonspor" - "Qalatasaray": Favorit hansıdır?

    8 hours ago

    Bu həftəsonu Türkiyədə daha bir prinspial matç keçiriləcək.  Belə ki, "Trabzonspor" doğma meydanında "Qalatasaray"ı qəbul edəcək. Sözügedən matç mayın 10-u saat 20:00-da başlayacaq.  Maraqlıdır, Türkiyə derbisində hansı komanda qələbə qazanmağa daha yaxındır?  Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, bu matç çempionatın ortasında keçirilsəydi, vəziyyət tamam fərqli olardı: "Yəni bu, çempionatın ortalarında keçirilən bir matç olsaydı "Qalatasaray" şans və futbolçu keyfiyyəti olaraq öndə görünərdi. Həmçinin, "Cim-Bom" bu matçda məğlub olacağı təqdirdə "Fənərbağça"nın onu keçmə ehtimalı olsaydı, qələbəni əldən verməzdi. Lakin bu derbiyə artıq başqa prizmadan baxmaq lazımdır. Çünki çempionatının bitməsinə bir neçə tur qalıb. Demək olar ki, "Qalatasaray" çempionluğunu təmin edib. Bu səbəbdən də onların "Trabzonspor"un qarşısına hansı heyətlə çıxacağı sual altındadır. Hətta əsas heyətlə çıxsalar belə futbolçuların bu oyuna derbi kimi yanaşacaqları da şübhəlidir. Yəni onların var gücləri ilə oynayacaqlarına inanmıram". Ekspert bu faktorlara görə, "Trabzonspor"un qələbə qazanacağını düşündüyünü söyləyib: "Bütün bu faktorlara görə "Trabzonspor"un qalib gəlmək şansları daha yüksəkdir. Çünki onlara Super Liqanı yüksək sırada bitirmək üçün xallar və qələbələr lazımdır. Bu, həm də Qaradəniz təmsilçisi üçün prestij matçı da sayıla bilər. "Qalatasaray" hazırkı heyəti ilə Türkiyədə istənilən komandanı məğlub edə bilər. Sezon boynunca da bunu göstəriblər. Hesab edirəm ki, sözügedən matçda potensial olaraq "Qalatasaray" favorit görünsə də, mövcud reallıqlar "Trabzonspor"un qələbəyə daha yaxın tərəf olduğunu deməyə əsas verir". Pərviz
    Click here to Read more
    Prev Article
    Trampın komandası Baydenin "böyük sirrini" açıqlamağa hazırlaşır
    Next Article
    Azərbaycan - Vyetnam: İqtisadi Sahədə Əməkdaşliq Perspektivləri

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment