Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Trampın komandası Baydenin "böyük sirrini" açıqlamağa hazırlaşır

    2 hours ago

    ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası keçmiş ölkə rəhbəri Co Baydenin indiyədək ictimaiyyətə təqdim olunmamış müsahibəsinin səs yazısını dərc etməyi planlaşdırır.  HİT.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, səs yazısı Baydenin xüsusi prokuror Robert Hur ilə keçirdiyi müsahibəni əhatə edir. Hur həmin dövrdə Baydenin gizli sənədləri saxlaması məsələsini araşdırır və onun zehni vəziyyəti ilə bağlı suallar qaldırırdı. Trampa yaxın vəkil Mayk Deyvis "Politico"ya bildirib ki, bu səs yazısı uzun müddət gizli saxlanılan bir həqiqəti üzə çıxaracaq. Qeyd olunur ki, Baydenin komandası da bu səs yazısının mümkün dərcinə hazırlaşır. Donald Tramp dəfələrlə Co Baydeni prezident vəzifəsindəki fəaliyyəti ilə bağlı sərt tənqid edib. O, Baydeni korrupsiyada ittiham edib, onu "zorba" və ABŞ tarixində "ən zəif prezident" adlandırıb. Trampın fikrincə, Baydenin rəhbərliyi dövründə ABŞ "azad olmayan bir ölkəyə" çevrilib və burada "ifadə azadlığı pozulur". Hazırkı prezident isə Trampı ölkədə yüksək inflyasiyanın səbəbkarı hesab edir. Samir
    Click here to Read more
    Prev Article
    Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı – TƏRƏFDAŞLAR
    Next Article
    "Trabzonspor" - "Qalatasaray": Favorit hansıdır?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment