Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ​Trendyol və PAŞA Holding genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb

    16 hours ago

    Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol “PAŞA Holding”lə birlikdə genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb. Bu təşəbbüs şirkətlərin iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətindəki fəaliyyətinin davamıdır. Kampaniya çərçivəsində il ərzində ölkənin müxtəlif yerlərində meşə və yaşıllıqların artırılmasına töhfə veriləcək.   EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin icraçı tərəfdaşlığı ilə ümumilikdə, 10 hektardan çox ərazidə 12.500 ədəd ağacın əkilməsi planlaşdırılır.  Kampaniyanın ilkin mərhələsində Göygöl rayonu və Bakının Müşfiqabad qəsəbəsində 5500 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Növbəti ağacəkmə mövsümündə isə Lənkəran-Astara, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur. Ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməyi əsas prioritetlərindən hesab edən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkəti Trendyol, fəaliyyət göstərdiyi ölkələrdə “Birlikdə Transformasiya” şüarı altında təşəbbüsləri dəstəkləyir.  Şirkət daha yaşıl, ədalətli və rəqəmsal gələcək qurmaq üçün fəaliyyətini davam etdirir və müxtəlif sahələrdə müsbət dəyişikliklərə imza atır.  PAŞA Holding Qarabağ bölgəsində də abadlaşdırma, yaşıllaşdırma və meşə səthinin bərpası məqsədilə genişmiqyaslı ağacəkmə aksiyaları həyata keçirir. Bugünədək Holding və onun törəmə şirkətləri tərəfindən Zəngilanda 11.000-dən çox ağac əkilib.  Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə, hər iki şirkətin korporativ sosial məsuliyyət strategiyasının bir hissəsini təşkil edir.
    Click here to Read more
    Prev Article
    Azərbaycanda POS-terminaldan istifadə ilə bağlı nəzarəti tədbirləri bərpa olunub
    Next Article
    Azərbaycan Tibb Universitetinin ən yüksək keçid balları

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment