Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Turistlərə Xorvatiyada ucuz istirahət üçün 14 qızıl tövsiyə - SİYAHI

    1 hour ago

    Balkan ölkələri üzrə ekspert sayılan britaniyalı səyahət bloqeri Meri Novakoviç "Lonely Planet" platformasında Xorvatiyada çox pul xərcləmədən səyahət etməyin mümkün yollarını açıqlayıb.  HİT.az xəbər verir ki, onun fikrincə, bu ölkədə istirahət artıq əvvəlki qədər ucuz olmasa da, ağıllı seçimlərlə xərcləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Xorvatiyada orta qiymətlər (avro ilə): * hostel otağı – 35 avro/gecə * standart iki nəfərlik otel otağı – 75 avro/gecə * mətbəxli iki nəfərlik mənzil – 95 avro/gecə * şəhərdaxili avtobus bileti – 0,50-2,90 avro * bir fincan qəhvə – 1,60-3 avro * sendviç – 4 avro * iki nəfərlik axşam yeməyi – 68 avro * barlarda yerli pivə (0.5 litr) – 4 avro * səhər yeməyi üçün "burek" – 3,30 avro Meri Novakoviçin tövsiyə etdiyi 14 qənaət üsulu: 1. Fleksibli hava limanı seçimi: Splitə bilet qiymətləri yayda bahalaşır. Alternativ olaraq Zaqreb, Zadar və ya Riyeqa hava limanlarını yoxlamaq daha sərfəli ola bilər. 2. Yay mövsümündən uzaq durun: İyul-avqust aylarında qiymətlər ən yüksək həddə çatır. Plitviç gölləri kimi görməli yerlərə giriş bu aylarda 40 avroya qədər yüksəlir, halbuki aprel, may və oktyabrda bu rəqəm 25 avrodur, qışda isə cəmi 10 avro. 3. Mərkəzdən bir qədər uzaqda qalın: Mərkəzdə yerləşmə daha bahalıdır. Məsələn, Dubrovnikdə şəhər mərkəzi əvəzinə Gruj və ya Babin Kuk kimi ərazilər daha əlverişli və avtobusla rahat əlçatandır. 4. Otel əvəzinə mənzil kirayələyin: Qısa müddətli icarəyə verilən mənzillər çoxalıb. Özünüz yemək bişirmək imkanınız olduqda daha çox qənaət edəcəksiniz. 5. Qatarlarla səyahət edin: Xorvatiya dəmir yolları bütün ölkəni əhatə etməsə də, bəzi marşrutlar üçün sərfəlidir. Məsələn, Zaqreb–Split qatar bileti 34 avroya başa gəlir. 6. Şəhərlərarası avtobuslardan istifadə edin: Xüsusilə Adriatik sahilində geniş avtobus şəbəkəsi mövcuddur. "Arriva" şirkəti və əsas avtovağzalların saytları marşrut və qiymətlər üçün faydalıdır. 7. Şəhər içi avtobuslara üstünlük verin: Zaqreb kimi şəhərlərdə bilet qiymətləri 0,50 avroya qədər düşə bilər. Kiosklardan alınan biletlər adətən daha ucuzdur. 8. Doğru bərəni seçin: Xorvatiya adaları arasında "Jadrolinija" şirkətinin avtomobil və sərnişin katamaranları ilə səyahət etmək mümkündür. Məsələn, Split–Hvar bərə bileti 6 avro, katamaranla isə 7 avrodur. 9. Restoranlarda gizli ödənişlərə diqqət edin: Balıq yeməkləri adətən kilo ilə hesablandığı üçün sürpriz xərclərlə qarşılaşa bilərsiniz. Fiks qiymətli menyunu seçmək daha məqsədəuyğundur. Həmçinin, "kuvert" adı ilə adambaşına təxminən 4 avro hesablanır. 10. "Marenda" ilə qənaət edin: Bu, Dalmatiya bölgəsində günorta saatlarında verilən doyumlu və münasib qiymətli yemək növüdür – Dubrovnikdə xüsusilə sərfəlidir. 11. Burek ilə yüngül qidalanın: Pendir, ispanaq və ya ətlə doldurulmuş bu xəmir məmulatları yerli çörək sexlərində ucuz və dadlı qida kimi təklif olunur. 12. Kran suyundan istifadə edin: İçməli su Xorvatiyada təhlükəsizdir. Restoranlarda şüşə su əvəzinə sadəcə "kran suyu" istəməklə qənaət edə bilərsiniz. 13. Tələbə endirimlərini soruşun: Beynəlxalq tələbə kartınız varsa, bir çox giriş haqqından əhəmiyyətli dərəcədə endirim əldə edə bilərsiniz. Məsələn, Dubrovnik şəhər divarlarına giriş tələbələr üçün 15 avroya enir (əks halda 39 avrodur). 14. Şəhər kartlarının sərfəli olub-olmadığını yoxlayın: Bu kartlar bəzən qənaət etsə də, real fayda yalnız çox sayda obyekt ziyarət etdikdə mümkün olur. Ayrı-ayrılıqda bilet almaq daha ucuz başa gələ bilər. Samir  
    Click here to Read more
    Prev Article
    Ramiz Rövşənə Prezidentin fərdi təqaüdü verildi
    Next Article
    DTX və DSX birgə əməliyyat keçirdi, saxlanılan var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment