Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Xarici şirkətin Azərbaycandakı filial direktoru həbs edilib

    17 hours ago

    “Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs edilib. O, özünə müraciət edən iki nəfərin etibarından sui-istifadə etməklə 570 min manat ələ keçirib. Mansurov zərərçəkmişlərdən birini məhkəmənin əleyhinə qəbul etdiyi qətnaməni ləğv etdirəcəyinə inandırıb. Bunun üçün səlahiyyətli şəxslərə bahalı hədiyyələr alacağı adı ilə ondan 170 min manat pul alıb. Bundan başqa, eyni zərərçəkmişi və tanışını Sumqayıt şəhərində çoxmərtəbəli bina tikintisinin inşasına icazə alacağına inandırıb. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikintiyə icazə almaq adı ilə zərərçəkmiş şəxsdən 400 min manat pul alıb. Təqsirləndirilən şəxs istintaq dövründə zərərçəkmişlərin pulunu qaytarıb. Məhkəmədə ifadə verməkdən isə imtina edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mansurov 5 il azadlıqdan məhrum edilib. ©qafqazinfo.az
    Click here to Read more
    Prev Article
    Borcu olan hansı şəxslər ölkədən çıxa bilməz?- Açıqlama
    Next Article
    5 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment