Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Yeni kredit məhsulu ilə qadın sahibkarların dövriyyə vəsaiti artırılır

    21 hours ago

    Rabitəbank ASC qadın sahibkarlığının dəstəklənməsi məqsədilə “Güc Xanımlarda” adlı yeni kredit məhsulunu təqdim edib. Finss.az xəbər verir ki, bu məhsul çərçivəsində kənd təsərrüfatı, ticarət, istehsalat, sənaye və xidmət sahələrində fəaliyyət göstərən sahibkar xanımlara illik cəmi 12.9%-dən başlayan faizlə, maksimum 1 000 000 AZN məbləğində biznes krediti təklif olunur. Kreditin əsas təyinatı sahibkar qadınların dövriyyə vəsaitinin artırılması, əsas vəsaitlərin alınması, həmçinin tikinti layihələrinin maliyyələşdirilməsidir. Kreditin verilməsi üçün minimum bazar təcrübəsi tələbi 6 ay olaraq müəyyən edilib. Kreditin əsas şərtləri: Faiz dərəcəsi: illik 12.9%-dən başlayaraq (FİFD: 12.9%-16.8%) Maksimal məbləğ: 1 000 000 AZN Ödəniş forması: aylıq annuitet ödənişlər Girov: Bankın daxili prosedurlarına uyğun olaraq Komissiya: bankın kredit komissiyası tətbiq olunur Əlavə olaraq, bu kredit məhsulundan faydalanan xanımlara bir sıra üstünlüklər də təqdim edilir. Belə ki, müştəriyə BizKart kartı hədiyyə olunur, İnternet Bankçılıq xidmətindən pulsuz istifadə imkanı yaradılır. Bundan əlavə, POS-terminal depozit tələb olunmadan müştərinin biznes obyektində quraşdırılır və 12 ay ərzində xidmət haqqı ödənilmir. Rabitəbankın bu təşəbbüsü, ölkədə qadınların biznes sahəsində daha fəal iştirakını stimullaşdırmağa və onların maliyyə resurslarına çıxış imkanlarını genişləndirməyə yönəlib. Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/guc-xanimlarda-rabitabank Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Buğda fyuçersləri son 10 ayın minimumuna düşdü
    Next Article
    Gəncədə ərzaq məhsulları satışı 21,6% artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment