Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Gəncədə ərzaq məhsulları satışı 21,6% artıb

    1 day ago

    Finss.az - 2025-ci ilin yanvar-mart ayları ərzində Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb. Gəncə Şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu dövr ərzində istehlakçılara 392,5 milyon manatlıq məhsul satılıb. Bunun 256,2 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 136,3 milyon manatı isə qeyri-ərzaq malları təşkil edib. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,9 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə dövriyyə 21,6 faiz artarkən, qeyri-ərzaq malları üzrə 23,6 faiz azalma müşahidə edilib. Ticarət müəssisələrinin, bazar və yarmarkaların, eləcə də fərdi sahibkarların satdığı istehlak mallarının dəyəri üzrə statistik məlumatlar da açıqlanıb. 2025-ci ilin yanvar-mart aylarında istehlak mallarının 23,1 faizi ticarət müəssisələri tərəfindən satılıb. 36,2 faizi bazar və yarmarkalarda, 40,7 faizi isə fərdi sahibkarlar tərəfindən istehlakçılara təqdim olunub. 2024-cü ilin analoji dövrü ilə müqayisədə hüquqi şəxslər tərəfindən pərakəndə ticarət dövriyyəsi 20,5 faiz artıb, bazar və yarmarkalarda bu göstərici 1,9 dəfə yüksəlib. Lakin fərdi sahibkarlar üzrə dövriyyə 33,2 faiz azalıb.  
    Click here to Read more
    Prev Article
    Yeni kredit məhsulu ilə qadın sahibkarların dövriyyə vəsaiti artırılır
    Next Article
    Mayın 13-də hava temperaturu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment