Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Zeekr" yeni modelini təqdim etdi: Ən lüks markalara meydan oxumaq istəyir - FOTO

    16 hours ago

    Çinin "Geely" konserninə məxsus premium elektrikli avtomobil markası olan "Zeekr" gözlənilən yeni flaqman modeli "Zeekr 9Xi" Çində ictimaiyyətə təqdim edib. HİT.az xəbər verir ki, hazırkı dövrə qədər yalnız elektrikli avtomobillər istehsal edən "Zeekr" "Zeekr 9X Grand" modeli ilə hibrid texnologiyasına keçid edir. Bu, markanın ilk hibrid avtomobilidir və dizayn baxımından "Rolls-Royce Cullinan" modelindən ilham alıb. Şirkətin məqsədi özünü lüks avtomobillər seqmentində mövqeləndirməkdir. Ötən həftə Çində keçirilən avtomobil sərgisində "Zeekr", "Super Hybrid System" adlandırdığı texnologiya ilə təchiz olunmuş flaqman SUV modelini təqdim edib. Bu sistem tam elektrikli (BEV) və qoşula bilən hibrid elektrikli (PHEV) texnologiyalarını birləşdirir. Üç sıra oturacaqla təchiz olunmuş iri SUV "Zeekr 9X Grand" açıqlamalara əsasən, 0-dan 100 km/s sürətə təxminən 3 saniyəyə çatır. Maksimum sürəti isə 240 km/s-dir. Avtomobilin %20-dən %80-ə qədər enerji ilə doldurulması yalnız 9 dəqiqə çəkir. Bundan əlavə, model səviyyə 3 avtonom idarəetmə imkanları ilə təchiz olunub. Modelin qiyməti hələ dəqiqləşməyib. Lakin bəzi mənbələrə görə, qiymətin təqribən 70 min ABŞ dolları civarında olması gözlənilir. "Forbes"un məlumatına əsasən, "Zeekr" yüksək seqmentə keçidlə bağlı iddialı hədəflər müəyyən edib. Bu keçid "Geely" konsernində aparılan struktur dəyişikliklərinin bir hissəsidir. Marka 009 Grand və 9X modelləri ilə yüksək keyfiyyətli lüks avtomobillər bazarına daxil olmağa çalışır və Qərb markaları ilə rəqabət aparmaq niyyətindədir. "Forbes"un digər məlumatına görə, "Zeekr"ın qlobal dizayn üzrə vitse-prezidenti Stefan Ziyelaf bildirib ki, markanın gələcəkdə birbaşa rəqibləri "Rolls-Royce" və "Maybach" olacaq. Ziyelaf əvvəllər "Audi", "Mercedes-Benz" və "Bentley" kimi nüfuzlu markalarda önəmli vəzifələrdə çalışıb. "Zeekr"ın dizayn mərkəzi İsveçin Yöteborq şəhərində yerləşir. Şirkət, Çindəki lüks avtomobil alıcılarının əsasən 30-40 yaş arasında olduğunu və bu nəsil müştərilərin açıq fikirli olduğunu düşünür. Yeni nəsil müştərilər orijinallıq və yüksək keyfiyyətli əl işinə üstünlük verir. Bu səbəbdən, "Zeekr" gələcəkdə yeşim daşı və ya porselen kimi materiallardan istifadəyə də maraq göstərir. Stefan Ziyelaf hesab edir ki, Çin mənşəli bir markanın lüks seqmentdə uğur qazanması üçün irs çatışmazlığını texnologiya, keyfiyyət və dizayn sahələrində yüksək nəticələrlə kompensasiya etməsi vacibdir. Zeekr 9X modelinin 2025-ci ilin üçüncü rübündə qlobal təqdimatı planlaşdırılır. Samir
    Click here to Read more
    Prev Article
    Uşaqlara “olmaz” necə deyilməlidir?
    Next Article
    Ağ Ev Trampın imza rəqsinin videosunu yayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment