Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Zirə limanından ADY-yə aid 25 min tona yaxın yük daşınıb

    1 hour from now

    Finss.az - Cari ilin yanvar-mart aylarında Zirə limanından “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) aid 25 min tona yaxın yük daşınıb. ADY-dən verilən məlumata görə, daşınan yüklər əsasən kimya sənayesi məhsullarından ibarət olub. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” tərəfindən 2023–2024-cü illərdə həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində Dübəndi – Zirə – Gürgən – Zirə Dəniz Limanı marşrutu üzrə 21 kilometrlik dəmir yolu xətti əsaslı şəkildə yenidən qurulub. Həmçinin Gürgən ilə Zirə limanı arasında 9 kilometr uzunluğunda yeni dəmir yolu xətti çəkilib. Bu infrastruktur yenilikləri nəticəsində bu ilin yanvar ayının sonunda Zirə limanından ilk dəfə olaraq dəmir yolu vasitəsilə tranzit yüklərin daşınmasına başlanılıb. Yeni dəmir yolu bağlantısı Orta Dəhliz vasitəsilə yük axınlarının daha sürətli və səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır və bölgənin nəqliyyat-logistika imkanlarını xeyli genişləndirir.
    Click here to Read more
    Prev Article
    İKTA-da internet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub
    Next Article
    Beş milyard dollarlıq layihə

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment