Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycan ilə Çin arasında texnologiya sahəsi üzrə əməkdaşlq əsas prioritetlərindən biri kimi ön plana çıxır

    1 week ago

    Rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlıq sənədləri Azərbaycanın dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt tətbiqlərinin genişləndirilməsi və startap ekosisteminin gücləndirilməsi kimi sahələrdə ciddi imkanlar yaradır. Çin şirkətlərinin bu sahədəki texnoloji həlləri, xüsusilə “ağıllı şəhər”, “e-idarəetmə” və rəqəmsal ödəniş sistemləri üzrə təcrübəsi Azərbaycanın rəqəmsal transformasiya prosesini sürətləndirə bilər. Kosmos və peyk texnologiyaları üzrə Anlaşma Memorandumu, Azərbaycan üçün yeni texnoloji mərhələnin əsasını qoya bilər. Xüsusilə “Azərkosmos” və Çin kosmik qurumları arasında mümkün əməkdaşlıq peyk məlumatlarının emalı, birgə peyk layihələri və orbitə çıxarma xidmətləri üzrə qarşılıqlı faydalı model yaradacaq. Bu, Azərbaycanın həm milli təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından strateji imkanlarını genişləndirəcək. Nəhayət, elmi-tədqiqat və insan resurslarının inkişafı sahəsində əməkdaşlıq gələcək texnoloji müstəqilliyin təməlini təşkil edir. Gənc mütəxəssislərin Çin universitetlərində və texnoloji mərkəzlərində təhsil alması, ortaq R&D layihələrinin icrası və bilik mübadiləsi texnoloji suverenliyin formalaşmasında həlledici rol oynayacaq. Bu baxımdan, Azərbaycan-Çin əməkdaşlığı yalnız iqtisadi deyil, strateji texnoloji tərəfdaşlıq kimi qiymətləndirilməlidir. AİKTSA sədri Elvin Abbasov visiontv.az
    Click here to Read more
    Prev Article
    ABŞ-də qızılca təhlükəsi: yoluxma sayı 624-ə yüksəldi
    Next Article
    Türkiyədə 23 aprel Milli suverenlik və Uşaq Bayramı qeyd olunur

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment