Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda yeni klub yaradıldı - İddialı olacaq

    2 days ago

    Azərbaycanda qadın voleybolçulardan ibarət yeni yaradılan "DH Volley Baku" klubunun təqdimat mərasimi keçirilib. Tədbirdə klub prezidenti Şərəf Yalçın, digər rəsmilər, məşqçilər və komandanın üzvləri iştirak ediblər. Ş.Yalçın yeni yaranan komandaya uğurlar arzulayıb: “Yeni mövsümündə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyəti həm Azərbaycan milli komandasının üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla “DH Volley Baku” olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubun hədəfi qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, yaxın gələcəkdə isə Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir”. Sonda 5 yerli voleybolçu - kapitan Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva ilə müqavilə imzalanıb. "DH Volley Baku" növbəti mövsüm Azərbaycan Yüksək Liqasında çıxış edəcək. (Sportinfo.az)
    Click here to Read more
    Prev Article
    İstənilən yaşda beyin sağlamlığını gücləndirmək üçün bir üsul açıqlandı
    Next Article
    Avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası bu gün start götürəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment